ABŞ-də 129 nəfər azot qazı ilə edam ediləcəkbackend

ABŞ-də 129 nəfər azot qazı ilə edam ediləcək

ABŞ-nin Alabama ştatında Kennet Smit adlı cinayətkarın azot qazı ilə edam edilməsindən sonra Ohayo ştatının rəsmiləri eyni edam praktikasına icazə verən qanun layihəsi təqdim etdilər.

KONKRET.az xəbər verir ki, Ohayo əyalətinin baş prokuroru Dave Yost, nümayəndələr Phil Plummer və Brian Stüart ilk dəfə istifadə edilən üsuldan sonra dünən mətbuat konfransında əyalət parlamentinə edamların azot qazı ilə həyata keçirilməsini tələb edən qanun layihəsi təqdim etdiklərini açıqlayıblar.

ABŞ-da ilk dəfə sınaqdan keçirilən üsul böyük reaksiyalara səbəb olub.

Ölüm cəzası ilə bağlı məlumat və təhlillər təqdim edən qeyri-kommersiya təşkilatı olan Ölüm Cəzası İnformasiya Mərkəzinin məlumatına görə, hazırda Ohayo ştatında 129 nəfər ölüm hökmü altındadır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*