ABŞ Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken bu prosesdə şəxsən iştirak edir.
“Son 24 saat ərzində bir partiya humanitar yük Ağdamdan keçərək Qarabağa gedib. Biz uzunmüddətli perspektivdə iki ölkə arasında yekun razılığın əldə olunmasının vacibliyinə dair çağırışımızı təkrar edirik”, – Miller bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanı regionda baş verən hər şeydə ittiham edən Rusiya prezidenti Vladimir Putinin dünənki bəyanatlarını isə şərh etməyib.
Ariz Həsənoğlu
KONKRET.az