Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb.
Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidən istifadə etmir. O, 1999-cu ildə işıq üzü görən “İbret-i Alem” albomu ilə musiqi karyerasına başladığı vaxtdan özünü yalnız Emre Altuğ kimi təqdim edir.
Sənətçi albomlarının üz qabığında, konsert afişalarında və televiziya layihələrində də yalnız Emre Altuğ adından istifadə edib.
Musiqi karyerası ərzində “Sıcak”, “Dudak Dudağa” və “Kişiye Özel” kimi albomlar çıxaran Altuğ aktyorluq sahəsində də uğur qazanıb. O, “Tatlı Hayat”, “Sihirli Annem” və “Elde Var Hayat” seriallarında rol alıb. Aktyor son olaraq “Yalı Çapkını” serialında canlandırdığı Orhan Korhan obrazı ilə tamaşaçıların qarşısına çıxıb.
Qeyd edək ki, Emre Altuğ iyunun 30-da İstanbulun Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında ilk solo konsertini verib. Musiqi dünyasında 27 ili geridə qoyan sənətçinin illərdir istifadə etmədiyi ilk adı sosial şəbəkələrdə maraq doğurub. (lent.az)
