Almatıda marketinq və medianın gələcəyinə həsr olunan RAF-2026 forumu keçirildi – FOTOLARbackend

Almatıda marketinq və medianın gələcəyinə həsr olunan RAF-2026 forumu keçirildi - FOTOLAR

Noyabrın 11-də Qazaxıstanın Almatı şəhərində Rixos Almaty hotelində Qazaxıstan Reklam Sənayesi Forumu – RAF-2026 keçirilib. SIGNALS 2026: Decode Tomorrow (“Gələcəyin siqnalları: marketinq necə dəyişir?”) mövzusuna həsr olunan forum reklam, marketinq və media sənayesinin nümayəndələrini bir araya gətirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 30-dan çox çıxış və panel müzakirəsinin keçirildiyi, üç tematik zalı əhatə edən forumda dövlət qurumlarının, beynəlxalq texnologiya şirkətlərinin, aparıcı brendlərin, reklam və kommunikasiya agentliklərinin, media holdinqlərinin və rəqəmsal platformaların nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində süni intellektin marketinqə təsiri, media istehlakının transformasiyası, yeni reklam alətləri, marketinq investisiyalarının effektivliyi və Qazaxıstan reklam bazarının inkişaf perspektivləri müzakirə olunub. Qazaxıstan Orta Asiya Reklam Assosiasiyası TÜREK-ə qoşuldu

RAF-2026 çərçivəsində Türk Dünyası Marketinq, Reklam və Media Birliyi (TÜREK) ilə Qazaxıstan Orta Asiya Reklam Assosiasiyası (AACA) arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb. Assosiasiyanın prezidenti Viktor Yelisseyev və TÜREK-in sədr müavini Xəyalə Mütəllimovanın iştirakı ilə AACA-nın TÜREK-ə üzvlüyünü təsdiq edən protokol imzalanıb.

Protokolun imzalanmasından sonra hər iki ölkənin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, yeni tərəfdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə TÜREK-in sədr müavini Xəyalə Mütəllimova belə bir forumun həm Azərbaycanda, həm də Türkiyədə keçirilməsini təklif edib. Qazaxıstan tərəfi təşəbbüsü müsbət qarşılayaraq dəstəklədiyini bildirib.

İldırım Musayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*