Rusiyada ayılarla bağlı qərarbackend

Rusiyada ayılarla bağlı qərar

Rusiya Təbii Sərvətlər Nazirliyi məhdudiyyətləri qaldırır və hər bölgədə ayı populyasiyasının 30%-i qədər qəhvəyi ayı ovlama limitini müəyyən edir.

KONKRET.az xəbər verir ki,bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

“Mövcud vəziyyəti nəzərə alaraq, məhdudiyyətlərin qaldırılması və hər bölgədə qəhvəyi ayı populyasiyasının 30%-i qədər maksimum ovlama limitinin müəyyən edilməsi barədə qərar qəbul edilib”, – deyə açıqlamada bildirilir.

Tədbirlər ayıların sayını tənzimləmək və yırtıcı ilə insanlar arasında münaqişələri azaltmaq üçün tətbiq olunur.

Qərar insanlara ayı hücumlarının artmasına cavab olaraq qəbul edilib. İlin əvvəlindən bəri vəhşi heyvanların insanlara 87 hücumu qeydə alınıb ki, bunlardan 36-sı ölümcül olub. Ümumilikdə ruslar ayıların insanlara yaxınlaşması ilə bağlı 12 mindən çox məlumat təqdim ediblər.

Bu arada, Novosibirsk vilayətində qəhvəyi ayıların yaşayış məntəqələrinə yaxınlaşması ilə bağlı vəziyyət sabitləşib. Regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi yırtıcılar barədə vətəndaşların şikayətlərinin sayının əhəmiyyətli dərəcədə azaldığını və onların aktivliyinin azaldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*