Dvalişvili ilə davanın pərdəarxası – Sadulayev təfərrüatları açıqladıbackend

Dvalişvili ilə davanın pərdəarxası - Sadulayev təfərrüatları açıqladı

İkiqat Olimpiya çempionu Abdulrəşid Sadulayev rusiyalı döyüşçü Usman Nurməhəmmədovla UFC-nin sabiq çempionu Merab Dvalişvili arasında baş verən davanın səbəbini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Sadulayev bu barədə RAF turnirinin mətbuat konfransında danışıb.

“Mən təxmin edirdim ki, bu, qaçılmazdır. Merab Umar Nurməhəmmədov haqqında xoşagəlməz ifadələr işlədəndə dostumla birlikdə nəzakətlə ona yaxınlaşıb niyə təxribat törətdiyini soruşduq. Həmin anda dostum ona zərbə endirdi. Hadisə yerində münaqişə həll edilsə də, Umar və Usman Nurməhəmmədovlar həmin vaxtdan Dvalişvili ilə görüşməyiblər”, – deyə Sadulayev bildirib.

Məlumata görə, noyabrın 13-də Usman Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərində 6 ay müddətinə həbs edilib. Əbu-Dabi Məhkəmə Departamentinin məlumatına əsasən, dava iştirakçısı olan daha 7 nəfər də həbs olunub. Onlara ictimai asayişi pozmaq və insanların həyatına təhlükə yaratmaq ittihamı ilə yüksək məbləğdə cərimələr tətbiq edilib.

Xatırladaq ki, insident Əbu-Dabidə RAF liqasının media günü zamanı baş verib. Dvalişvili müsahibə verərkən Nurməhəmmədov və yanındakı şəxslər ona yaxınlaşıb, ardınca dava düşüb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*