ABŞ İdlib bölgəsində Türkiyə üçün döyüşməkdən imtina etdibackend

ABŞ İdlib bölgəsində Türkiyə üçün döyüşməkdən imtina etdi

ABŞ Suriyanın İdlib əyalətindəki vəziyyətə müdaxilə etmək niyyətində deyil.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O’Brien deyib.

O bildirib ki, Suriyada zorakılığı dayandıracaq “sehrli bir çubuq” yoxdur, lakin Vaşinqton “ABŞ-a dəxli olmayan” münaqişəyə qoşun göndərmək niyyətində deyil.

O’Brien İdlib əyalətindəki vəziyyəti dəhşətli adlandırıb və nə Türkiyəyə, nə də Rusiyaya “bunu dayandırın” deməyəcək.

“Bu vəziyyəti düzəltmək üçün İdlibə hərbi müdaxilə edəcəyimizi düşünmürəm” deyə Trampın köməkçisi bildirib.

“Onları dayandırmaq üçün nə etməliyik? Biz dünya jandarmı deyilik ki?”, deyə Vaşinqton administrasiyası rəhbərinin müşaviri vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının Prezidentinin köməkçisi izah edib ki, Amerika hökumətinin “güc mövqeyindən sülhə nail olmaq” prinsipinin başa düşülməsi əvvəlki administrasiyaların təfsirindən fərqlidir. Onun sözlərinə görə, keçən il İdlibdə vəziyyətin ağırlaşması təhlükəsi var idi və ABŞ prezidenti Donald Tramp tvitlərindən biri ilə böhranı nəzarətdə saxladı.

“Onlara yalnız bir tvitlə bir il vaxt qazandırdıq. Bu olduqca təsiredicidir, deyə Trampın müşaviri qeyd edib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Suriya ordusunun İdlibdə Türkiyə ordusunu atəşə tutmasına cavab veriləcəyi anonsunu etmişdi.

Bazar ertəsi günü Türkiyə silahlı qüvvələri 100-dən çox suriyalı əsgərin məhv edildiyini elan edib. Çərşənbə axşamı günü Türkiyə daha 51 suriyalı əsgərin öldürüldüyünü açıqlayıb. Bundan sonra Suriya Ordusu Komandanlığı Türkiyə hücumuna layiqli cavab verəcəyini vəd edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*