ABŞ-ın bu addımı əməkdaşlığa ciddi zərbədir – Almaniyabackend

ABŞ-ın bu addımı əməkdaşlığa ciddi zərbədir - Almaniya

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması beynəlxalq əməkdaşlığa zərbədir.

KONKRET.az xəbər verir ki, bu sözləri Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martin Fits deyib.

“Almaniya hökuməti ÜST-ün fəaliyyətini yüksək qiymətləndirir. Bu, indiki dövrdə daha vacib məsələdir. Biz ABŞ-ın ÜST-dən çıxmasını beynəlxalq əməkdaşlığa zərbə hesab edirik”, – Fits vurğulayıb.

Qeyd edək ki, iyulun 7-də BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-ın 2021-ci il iyulun 6-da Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı barədə Antonio Quterreşə bildiriş göndərdiyi barədə məlumat verib.

Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*