ABŞ-ın ermənilərə yarınmaq siyasəti: Səfir “Dağlıq Qarabağa status” məsələsindən DANIŞDIbackend

ABŞ-ın ermənilərə yarınmaq siyasəti: Səfir “Dağlıq Qarabağa status” məsələsindən DANIŞDI

Əlbəttə, regionda təsir və təzyiq vasitəsi olan erməni alətini Kremlin əlindən alıb öz əllərinə keçirmək üçün ABŞ da, Fransa da, Almaniya da və s. əllərindən gəldiyi qədər aranı qatacaqlar….

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azadlıq” radiosuna son müsahibəsində Bayden tərəfindən qondarma “erməni soyqırımı”nın tanınmasının hüquqi perspektivinin olmadığını söyləsə də, “Dağlıq” Qarabağa “status” məsələsindən də danışıb.

KONKRET.az xəbər verir ki, Amerika səfiri Qarabağdakı son müharibəyə gəlincə belə deyib:

“Rusiya müharibənin dayandırılmasında vacib rol oynayıb. Ancaq müharibə dayandırılmış olsa da, həll edilməli olan bir sıra məsələlər mövcuddur – Dağlıq Qarabağın statusu, köçkünlərin problemləri. ABŞ və Minsk qrupunun digər həmsədr ölkələri üçün gündəmdə qalan bir neçə məsələ vardır. Bizim bu məsələlərlə məşğul olmaq niyyətimiz var”.

Səfirin fikrincə, elə bir vəziyyət yaranmışdır ki, heç bir ölkə bunu həll edə bilməz, bu səbəbdən də Minsk qrupunun həmsədrliyinin rolu vacibdir./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*