Amerikalı jurnalist və televiziya aparıcısı Taker Karlson İran ətrafında baş verən gərginliyin ABŞ-ın hərbi və siyasi imkanlarının sərhədlərini üzə çıxardığını bildirib.
KONKRET.az xəbər verir ki, son aylarda yaşanan hadisələr təkcə ABŞ Prezidenti Donald Trampın xarici siyasətdəki zəif tərəflərini deyil, həm də Vaşinqtonun beynəlxalq proseslərə təsir imkanlarının məhdudluğunu nümayiş etdirib.
Jurnalist ABŞ rəhbərliyinin diplomatik nəticələr əldə etmək qabiliyyətini tənqid edərək, dəfələrlə elan olunan razılaşmaların reallaşmadığını vurğulayıb.
Onun fikrincə, müharibə və sülhlə bağlı əsas qərarlar ABŞ-də seçilmiş siyasətçilər tərəfindən deyil, başqa fiqurlar tərəfindən qəbul edilir.
Karlson əlavə edib ki, ABŞ-nin böyük hərbi resurslarına baxmayaraq, Amerika qüvvələri Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasına nail ola bilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
