Bayden İrana verdiyi vədi yerinə yetirib.
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin açıqladığı sənədə əsasən, Birləşmiş Ştatlar bir sıra İran rəsmilərinə, o cümlədən Tehran polis rəisinə, bəzi İran hərbi rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Bildirilir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu gün İran hökuməti və təhlükəsizlik aparatının 7 yüksək vəzifəli rəsmisini İranda internetə çıxışı bağladıqları və dinc nümayişçilərə qarşı zorakı hərəkətləri davam etdirdikləri üçün sanksiyalara məruz qoyub.
Sənədə əsasən, sanksiyalara aşağıdakılar daxildir:
İsa Zarepur, İranın Telekommunikasiya və İnformasiya Texnologiyaları Naziri;
Əhməd Vahidi, İranın daxili işlər naziri;
Yadullah Cavani, İran İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə müavini;
Vahid Məcid, Kiber Polis İdarəsinin rəisi;
Hüseyn Nejat, Sarulla düşərgəsindəki SEPAH-ın baş komandanı;
Həsən Rəhimi, Tehran polisinin rəisi;
Hüseyn Sadjadiniya, Kiber Əməliyyatlar üzrə Müavini.
Xuraman Etibarlı,
KONKRET.az
