ABŞ HƏMAS-a qarşı apardığı müharibədə İsrailə silah verilməsinə “heç bir şərt” qoymur.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
“Onların bu terror təhlükəsi ilə mübarizə aparmaq hüququ var və biz onlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, – Kirbi deyib.
Qeyd edək ki, Baydenin oktyabrın 18-də İsrailə səfəri nəzərdə tutulur.
“Bayden HƏMAS-ın Fələstin xalqının ləyaqət və öz müqəddəratını təyinetmə hüququnu dəstəkləmədiyini bir daha təsdiq edəcək və Qəzza zolağında mülki şəxslərin humanitar ehtiyaclarını müzakirə edəcək”, – Ağ Evin bəyanatında bildirilir.
Ariz Həsənoğlu,
KONKRET.az
