“ABŞ NATO-nu tərk etməyəcək” – Stoltenberq backend

"ABŞ NATO-nu tərk etməyəcək" - Stoltenberq 

“ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq NATO-nu tərk etməyəcək”.

KONKRET.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib.

Stoltenberq Dünya İqtisadi Forumu çərçivəsində “Bloomberg TV”yə müsahibəsində bildirib:

“ABŞ möhkəm və mühüm müttəfiq olmağa davam edəcək. Çünki 30-dan çox dostu və müttəfiqinin olması Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına cavab verir”, – deyə Stoltenberq əlavə edib.

O bildirib ki, alyansa üzvlük ABŞ-ı daha güclü ölkəyə çevirir və daha çox təhlükəsizliyi təmin edir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*