ABŞ Nigeri tərk etdibackend

ABŞ Nigeri tərk etdi

ABŞ hakimiyyəti Nigerin paytaxtı Niamey yaxınlığında yerləşən bazadan öz ordusunu geri çəkməyi başa çatdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi iki ölkənin müdafiə nazirliklərinin birgə bəyanatına istinadən məlumat yayıb.

“Niger və ABŞ silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq və kommunikasiya sayəsində bu əməliyyat vaxtından əvvəl və heç bir ağırlaşma olmadan başa çatıb”, – deyə agentlik bəyanatdan sitat gətirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar 101-ci Hava Bazasından qoşun və texnikasını geri çəkib. Bundan əlavə, Pentaqon öz əsgərlərini sentyabrın ortalarına qədər Nigerin şimalındakı Aqadez şəhərindən çıxarmalıdır. Nəşr qeyd edib ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*