ABŞ-nin Rusiyadakı əmlakı müsadirə ediləcəkbackend

ABŞ-nin Rusiyadakı əmlakı müsadirə ediləcək

ABŞ-nin Rusiyadakı əmlakı Rusiyaya və Mərkəzi Banka dəyən zərərin ödənilməsi üçün istifadə oluna bilər.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısı fərman imzalayıb.

Fərmana əsasən, bu hal Rusiyanın Amerikadakı əmlakının ələ keçirilməsi təqdirdə baş verə bilər. ABŞ-də mülkiyyəti müsadirə edilən rusiyalı sahib “mülkiyyət hüququndan əsassız məhrumetmə” faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Məhkəmə ərizə ilə razılaşarsa, xarici investisiyalara nəzarət üzrə hökumət komissiyasından Rusiyadakı ABŞ əmlakının siyahısını tələb edir. Komissiya isə “mütənasiblik prinsipinə uyğun olaraq” ABŞ-nin əmlakını müəyyən edir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*