ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycanla danışıqların tempini qorumağa çağırıb.
KONKRET.az xəbər verir ki, Blinken bu barədə tviterdə yazıb.
Qeyd edək ki, dünən Blinkenlə Paşinyan arasında telefon danışığı olub.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
