ABŞ sözçüsü: “Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq”backend

ABŞ sözçüsü: "Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq"

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib. O, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində şənbə günü iki ölkə liderləri arasında danışıqların təşəbbüskarı olan dövlət katibi Entoni Blinkenin fikrini çatdırarkən deyib.

Sözçü bildirib ki, son bir neçə ay ərzində Azərbaycan və Ermənistan danışıqlarda mühüm irəliləyiş əldə edib.

“Bu, tərəflərin işə qarışmasının nəticəsidir. Bu, ikitərəfli əməkdaşlığın, ABŞ ilə üçtərəfli əməkdaşlığın, eləcə də Aİ-nin diplomatiyasında apardığı işin nəticəsidir. Və tərəflərin yaxın günlərdə Aİ rəhbəri Mişel tərəfindən Brüsseldə təşkil etdiyi danışıqlarda görüşəcəyinə ümid edirik”, deyən Prays qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*