ABŞ Tacikistanda hərəkətə keçdi – 500 min dollar ayrıldıbackend

ABŞ Tacikistanda hərəkətə keçdi - 500 min dollar ayrıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

ABŞ-ın Düşənbədəki səfirliyi ABŞ Dövlət Departamentinin 2022-ci ildə Tacikistanda demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı proqramına start verildiyini elan edir.

KONKRET.az-ın Mərkəzi Aslya ölkələri üzrə bürosu xəbər verir ki, hesabatda 500 min dollara qədər vəsaitin ayrılacağı kiçik qrantlar proqramı çərçivəsində digər məsələlərlə yanaşı, müstəqil media və bloqerlərə da dəstək göstəriləcəyi deyilir.

Layihənin məqsədi dezinformasiya, təbliğat və ekstremist məzmuna qarşı effektiv şəkildə mübarizə apara biləcək məzmun yaratmaq üçün müstəqil bloqerlərin və sosial mediaya təsir edənlərin potensialını gücləndirməkdir.

Xüsusilə, tacik jurnalistləri və bloqqerləri üçün sosial şəbəkələrdə öz reportajlarında və yazılarında istifadə edə biləcəkləri hazır vizual material hazırlanacaq.

Bundan əlavə, media işçilərinə sosial şəbəkələrdən səmərəli istifadə etmək üçün təlimlərin keçirilməsi, bloqqerlər üçün “ictimai maraq” mövzularında təlimlərin təşkili nəzərdə tutulur.

Hesabatda deyilir ki, bu layihələrin əsas hədəf auditoriyası 15-35 yaş arası Tacikistan gəncləri olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*