ABŞ İran ətrafında yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının çağırılmasını tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Məlumata görə, iclasın yanvarın 15-də, yəni bu gün keçirilməsi təklif olunur. Lakin hələlik toplantının rəsmi şəkildə təyin edilməsi barədə qərar qəbul olunmayıb.
Agentliyin mənbəsinin bildirdiyinə görə, iclasın keçirilib-keçirilməməsi ilə bağlı yekun qərarı hazırda Təhlükəsizlik Şurasına sədrlik edən Somalinin nümayəndəsi təsdiqləməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
