ABŞ türk şirkətlərini sanksiya siyahısına saldıbackend

ABŞ türk şirkətlərini sanksiya siyahısına saldı

Rusiyaya qarşı sanksiyaları genişləndirən ABŞ-ın son sanksiya siyahısına Türkiyədəki bəzi şirkətlər də daxil edilib.

KONKRET.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi ölkənin müdafiə sənayesinə material və xidmətlər təqdim etdiyi deyilən 300-dən çox şəxs və qurumu hədəf alaraq Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Yeni sanksiyalar xüsusilə Çində Moskvaya yarımkeçiricilər satdığı deyilən şirkətləri hədəf alıb. Maliyyə Nazirliyinin açıqlamasında Rusiyanın “maliyyə sisteminin arxitekturası”nın hədəfə alındığı bildirilib.

ABŞ-ın maliyyə naziri Jennet Yellen bildirib ki, yeni addımlar Rusiyanın qalan beynəlxalq material və avadanlıq, o cümlədən üçüncü ölkələrdən kritik materialları almaq imkanlarını hədəfləyir; O vurğulayıb ki, maliyyə institutları Rusiyanın müharibə iqtisadiyyatı ilə biznes qurmasının risklərini artırır.

Maliyyə Nazirliyi Ukraynanın işğalı səbəbindən uzun müddətdir ki, sanksiyalara məruz qalan “Rusiyanın hərbi sənaye sektoru” anlayışını da genişləndirib. Bu qərar Rusiya ilə iş aparan şirkətlər və qurumlar üçün dolayı sanksiyalar riskini artırır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*