ABŞ Twitter-i 150 milyon dollar CƏRİMƏLƏDİ – SƏBƏBbackend

ABŞ Twitter-i 150 milyon dollar CƏRİMƏLƏDİ - SƏBƏB

ABŞ-da “Twitter” sosial media platforması şəxsi məlumatları pozduğuna görə 150 ​​milyon dollar cərimələnib.

KONKRET.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyası şirkəti 6 il ərzində istifadəçilərin şəxsi məlumatlarını reklamçılara düzgün satmamaqda ittiham edib.

Həmçinin məlumatların təhlükəsizlik məqsədi ilə toplandığı, lakin sonradan istifadəçilərə reklamlarla təsir edildiyi açıqlanıb.

Belə ki, 2011-ci ildə imzalanmış müqavilə ilə şirkət istifadəçilərin telefon nömrələri və e-poçt ünvanları kimi təhlükəsizlik məqsədləri üçün toplanan məlumatları reklamçılara satmayacağına razılaşıb.

Bildirilib ki, Twitter-də 140 milyondan çox istifadəçinin şəxsi məlumatları saxlanılır.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*