ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə ÇAĞIRDIbackend

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə ÇAĞIRDI

ABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə səfirlikdən verilən yazılı açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, Rusiya Kiyev başda olmaqla digər şəhərlərdəki bir çox infrastruktur və ictimai binanı raket atəşinə tutub.

Hücumların mülki insanların həyatı üçün də təhlükə yaratdığına diqqət çəkilib.

“ABŞ vətəndaşları olduqları yerlərdə sığınacaq axtarmalı və təhlükəsiz olduqları zaman mövcud yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal Ukraynanı tərk etməlidirlər”, – deyə bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*