“Açıq-saçıq geyimi ilə qadınlarda qıcıq yaradır” – Anna Akopyan İrəvanı qarışdırdıbackend

"Açıq-saçıq geyimi ilə qadınlarda qıcıq yaradır" - Anna Akopyan İrəvanı qarışdırdı

“Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın ictimai fəallığı cəmiyyəti, xüsusən də qadınları qıcıqlandırır ki, bu da daxili siyasi gərginliyi daha da qızışdırır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr daha sonra bildirir: “Onun İrəvan küçələrində açıq-saçıq geyimdə görünməsi, təkcə hakimiyyətdən narazı çevrələrdə deyil, həm də hakimiyyət dairələrində sərt reaksiyaya səbəb olub. Mənbəmiz bildirib ki, deputatlar arasında xanımın İrəvanda gəzintisini, davranışını, görkəmini müzakirə edib və “Anna həyatın dadını çıxarır” deyə mızıldanıblar: “Hakimiyyət deyir ki, ictimai yerlərə çox çıxmayın, təmkinli olun, insanları qızışdırmayın, amma arı pətəyinə özləri çomaq soxur”.

Son günlər Nikol Paşinyan da aktiv bloq yazmağa və insanların əsəbləri ilə oynamağa başlayıb. Dünən işıqlar söndüyü ərəfədə velosiped sürmək kadrları elə görünür ki, o, hələ də kütlənin məhəbbətindən zövq alır və istefa vermək fikrində deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*