Ağ Ev: “Biz Kiyevi daim izləyə bilmərik”backend

Ağ Ev: "Biz Kiyevi daim izləyə bilmərik"

“Birləşmiş Ştatlar Ukraynanın Amerika silahlarından istifadəsinə davamlı olaraq nəzarət edə bilmir”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz ukraynalıların nəyə və harada atəş açdığını hər gün dəqiq bilə bilmərik”, o qeyd edib.

Kirbi həmçinin bildirib ki, Vaşinqton Ukraynanın öz hava məkanından kənarda Rusiya təyyarələrinə qarşı hava hücumundan müdafiə tətbiqini heç vaxt məhdudlaşdırmayıb.

“Ukraynalıların düşmən təyyarələrini vurması ilə bağlı heç vaxt heç bir məhdudiyyət olmayıb, hətta bu təyyarələr Ukraynanın hava məkanında olmadıqda belə. Yəni, onlar dərhal təhlükə yaradan Rusiya təyyarələrini vura bilərlər”, – Kirbi əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*