Ağ Ev Netanyahu haqqında: “Onun nədən danışdığını bilmirik”backend

Ağ Ev Netanyahu haqqında: "Onun nədən danışdığını bilmirik"

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer İsrailin baş naziri Binyamin Netanyahunun sözlərini şərh edib.

KONKRET.az-ın məlumatına görə, o, bildirib ki, Amerika tərəfi İsrail hökumətinin başçısının nədən danışdığını başa düşmür.

“Onun nədən danışdığından xəbərimiz yoxdur. Həqiqətən də heç bir fikrimiz yoxdur”, – deyə Jan-Pyer əlavə edib.

Xatrladaq ki, ötən həftə Netayahu Antoni Blinkenə Rəfahdakı vəziyyətlə əlaqədar İsrail hərbçilərinə silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə çağırış edib. O sözügedən vəziyyəti anlaşılmaz adlandırıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*