22 minə yaxın xarici vətəndaş Rusiyadan çıxarılıbbackend

22 minə yaxın xarici vətəndaş Rusiyadan çıxarılıb

2024-cü ilin ilk üç ayında 22 minə yaxın xarici vətəndaş Rusiyadan çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu məlumat Rusiya Daxili İşlər Nazirliyinin analitik hesabatında yer alıb.

Bildirilib ki, qeyd olunan rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Rusiyadan deportasiyasını gözləyən xüsusi müəssisələrdə 6,8 mindən çox əcnəbi var ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.

Rusiyaya daxil olmaqdan imtina edənlərin də sayı artıb. Belə ki, ötən il bu rəqəm 55 min idisə, bu ilin birinci rübündə 79 min olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşlığa qəbul edilənlərin sayı 49% azalıb. Rusiya Daxili İşlər Nazirliyi bəyan edib ki, bu, Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinin Rusiya vətəndaşı kimi tanınması ilə bağlıdır. \

Hesabata əsasən, 669 nəfər Rusiya vətəndaşlığından məhrum edilib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*