Ağamalıların “savaş”ının qalibi məlum oldu – YENİ SƏDR SEÇİLDİbackend

Ağamalıların “savaş”ının qalibi məlum oldu - YENİ SƏDR SEÇİLDİ

Ana Vətən Partiyasının qurultayı başa çatıb.

KONKRET.az xəbər verir ki, partiyanın yeni sədri Milli Məclisin deputatı Günay Ağamalı seçilib.

Faktı Modern.az-a partiyanın sabiq sədri, eyni zamanda Günay Ağamalının atası Fəzail Ağamalı təsdiqləyib.

Qeyd edək ki, Fəzail Ağamlının oğlu Elçin Ağamalı da bu vəzifəyə iddialı idi. Hətta bir müddət öncə F. Ağamalı ilə oğlu arasında buna görə gərginlik yaranmışdı.

Belə ki, F.Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəmişdi. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*