Ağdaşda qadın sürücü yeni aldığı avtomobili aşırdıbackend

Ağdaşda qadın sürücü yeni aldığı avtomobili aşırdı

Bu gün Bakıda salondan yeni alınan avtomobil Ağdaş rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Bakı-Qazax magistralının 260-cı kilometrində, magistralın Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Qardaşı ilə bərabər paytaxtdan xarici markalı minik avtomobili alıb geri dönən 1991-ci il təvəllüdlü Nağıyeva Vüsalə Şahid qızı idarə etdiyi yeni maşını aşırıb. Durumu daha ciddi olan qadın sürücü və avtomobildə olan qardaşı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*