44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu cənub cəbhəsində düşmənin keçmilməz hesab olunan istehkamlarını yararaq Laçına qədər irəlilədi, eləcə də Füzuli istiqamətindən irəliləyən bölmələr Şuşaya çatıb düşməni kapitulyasiyaya məcbur etdi. Şimal cəbhəsində isə hadisələr daha fərqli cərəyan edirdi. Azərbaycan ordusunun həmin istiqamətdə döyüşən bölmələri olduqca çətin relyefdə hücum əməliyyatları həyata keçirərək Talış və Suqovuşan kəndlərini düşməndən təmizlədi, Suqovuşan üzərindəki hakim yüksəklikləri tutub möhkəmləndi.

Lakin Ağdərə istiqamətində hadisələr daha sonra fərqli məcrada davam etməyə başladı. Düşmən həmin istiqamətdə möhkəmləndirilmiş yeraltı beton bunkerlər şəbəkəsindən ibarət müdafiə xətti qurmuşdu və həmin bunkerləri artilleriya dağıda bilmirdi.
Şimal istiqamətində düşmənin ən üstün mövqeləri “530” və “951” yüksəkliklərində yerləşmişdi. Azərbaycan ordusu oktyabrın ortalarında “530” yüksəkliyini ələ keçirsə də “951” uğrunda döyüşlər noyabrın 10-na qədər davam etmişdi.
KONKRET.az həmin yüksəkliklər uğrunda döyüşən kəşfiyyat-həmlə taborunun döyüşçüsü, qazi Cavadov Balaş Şahlar oğlunun YouTube bloqeri ilə söhbətini, müharibə xatirələrini təqdim edir: (virtualaz.org)

Erməni nazir Tonuyan müharibə vaxtı özü deyir ki Rusiya imperiyası həmişə Ermənilərə kömək edib.Deməli rus işğalçı dövlətdir indi də kömək edir Bizə Rusiya sülhməramlı dırnaq arası lazım deyil rədd olsun burdan
Azərbaycan xalqı Türkiyə ordusunu istəyir gəlsin Qarabağa və öz ordumuz vardır Rusiya imperiyası həmişə Ermənilərə kömək edir Bizə Rusiya lazım deyil rədd olsun burdan
Türkiyə Pakistan İsrail Ukrayna Macarıstan bu dost ölkələr olduğunu sübut edir