Qarabağda Vətən müharibəsi zamanı məhv edilmiş erməni hərbçilərinin cəsədlərinin axtarışı davam etdirilir.
KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, keçmiş Ağdərə rayonu ərazisində axtarışlar zamanı daha 2 erməni hərbçinin cəsədi tapılıb.
Xocavənd və Füzuli rayonları ərazisində axtarış tədbirləri isə nəticə verməyib.
Bununla da Qarabağda axtarışlar zamanı tapılan ümumi cəsəd sayı 1488 nəfərə çatıb.
