Ağsu dolaylarında asfalt çöküb, yolun hər iki istiqamətində yol bağlanıb.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, son günlər yağan güclü leysan yağışlarıdan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.
Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.
Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.
Hazırda ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.