“Bu missiyanın məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarının işinə töhfə verməkdir”.
KONKRET.az xəbər verir ki, Ermənistanla sərhədə Aİ-nin delimitasiya komissiyası göndəriləcək. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.
Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Bunun sərhəd delimitasiyası komissiyalarının işi üçün əsas olacağını təsdiq ediblər. Oktyabrın sonunadək Brüsseldə sərhəd komissiyalarının növbəti iclası keçiriləcək.
Avropa Şurasının rəhbəri Şarl Mişel öz Twitter səhifəsində Praqada keçirilən görüşdə “Aİ-nin dəstəkləməyə hazır olduğu davamlı gərginliyin azaldılması və sülh səylərinin intensivləşdirilməsi”nin müzakirə edildiyini bildirib.
“Biz Aİ-nin mülki missiyası ilə bağlı prinsipial razılığa gəldik. Bu, etimadın yaradılmasına kömək edəcək və oktyabrın sonunadək Brüsseldə görüşəcək sərhəd komissiyalarının işini dəstəkləyəcək”, – o deyib.
Xuraman Etibarlı,
KONKRET.az
