Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketi üzərində işləyir.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Parlamentində Strasburq sessiyası çərçivəsində İrandakı vəziyyətlə bağlı keçirilən dinləmələrdə bildirib.
Kaya Kallas qeyd edib ki, təklif olunan sanksiyalar İranda etirazların sərt şəkildə yatırılmasına cavab olaraq hazırlanır. Onun sözlərinə görə, yeni paket çərçivəsində raket və pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan komponentlərin ixracına əlavə məhdudiyyətlərin tətbiqi də nəzərdə tutulur.
Aİ rəsmisi eyni zamanda Avropa Komissiyası və Avropa İttifaqının diplomatik xidmətinin anti-hökumət aksiyalarında iştirak edən şəxsləri dəstəkləmək niyyətində olduğunu vurğulayıb. Kallas bildirib ki, bu etirazçılar legitim tələblərlə çıxış edirlər və Aİ onların yanında olmağa davam edəcək.
Natiq Səlim,
KONKRET.az
