Aİ xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə 2 avropalı diplomat danışıb.
Onların sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir.
Euractiv-in məlumatına görə, Aİ Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq niyyətində deyil.
Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.
(yeni sabah)
