Aİ-nin 27 üzvü Həmas tərəfindən saxlanılan girovların dərhal azad edilməsinə çağırdılarbackend

Aİ-nin 27 üzvü Həmas tərəfindən saxlanılan girovların dərhal azad edilməsinə çağırdılar

Aİ-nin 27 üzvünün liderləri Həmas tərəfindən saxlanılan bütün girovların “dərhal və qeyd-şərtsiz” azad edilməsinə çağırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, liderlər sabah fövqəladə sammit üçün video bağlantı vasitəsilə görüş keçirəcəklər.

“Aİ liderləri İsrailin özünümüdafiə hüququnu müdafiə etdilər, lakin bunun beynəlxalq humanitar hüquqa tam uyğun olması lazımdır” –  Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

Mişel qeyd edib ki, sammitdə humanitar hüquqa uyğun olaraq ən həssas vətəndaşların əsas ehtiyaclarının ödənilməsi, iki dövlətli həll istiqamətində işi davam etdirmək və vəziyyətin gərginləşməsinə kömək edə biləcək hər kəsə təzyiq göstərmək müzakirə olunacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*