Aİ-nin ali nümayəndəsi: “Ukraynanın NATO-ya daxil olmaq istəyi hazırda əsas məsələ deyil”backend

Aİ-nin ali nümayəndəsi: “Ukraynanın NATO-ya daxil olmaq istəyi hazırda əsas məsələ deyil”

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına münasibət bildirib.

Bu barədə KONKRET.az İspaniyanın “24 Horas” telekanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmaq istəyi hazırda əsas məsələ deyil:

“Kiyevin alyansa qoşulmaq istəyi başa düşülə bilər, lakin bu, hazırda əsas məsələ deyil. Hazırda daha vacib olan Ukraynanın müdafiə qabiliyyətini saxlamaqdır”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*