Aİ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyirbackend

Aİ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni sanksiyalar üzərində işə başlayıb. Onlar xüsusilə Rusiya qızılının ixracına təsir edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentlik öz mənbələrinə istinadən yazıb ki, Avropa İttifaqı Rusiya qızılına qarşı yeni sanksiyalar üzərində işləyir:

“Bu, G7 ölkələrinin Moskvanın gəlirlərini daha da “boğmağa” yönəlmiş addımına uyğundur”.
Bununla belə yeni sanksiyalar paketi üçün hazırlıqlar davam edir və bəzi ölkələr əlavə məhdudiyyətlər daxil etməyə çalışacaqlar.

Bloomberg qeyd edir ki, Rusiya dünyada ikinci ən böyük qızıl hasil edən ölkədir və onun keçən il qızıl ixracı 12,6 milyard funt sterlinq olaraq qiymətləndirilib.

Bundan əlavə, nəşr müəyyən edib ki, yeni sanksiyalar paketi əvvəllər təsdiq edilmiş tədbirlərə dəyişiklikləri də əhatə edəcək, o cümlədən sanksiyaya məruz qalan malların Kalininqrad vilayətinə tranziti qaydalarının tənzimlənməsi də daxil ola bilər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*