Avropa İttifaqı və ABŞ Ukrayna iqtisadiyyatının çökmə riskləri barədə xəbərdarlıq ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Vaşinqtonda keçirilən Aİ-ABŞ sammitindən sonra yayılan bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, “ABŞ və Avropa İttifaqı Ukraynaya uzunmüddətli siyasi, maliyyə, humanitar və hərbi dəstək verməyə davam edəcək”.
“Biz Rusiyanın Ukrayna iqtisadiyyatını çökdürməkdə uğur qazanmamasını təmin etmək üçün səylərimizi gücləndirməyin vacib olduğunu qəbul edirik”, – bəyanatda deyilir.
Ariz Həsənoğlu,
KONKRET.az
