Ailələr “şərikli internet”ə keçir – “Aztelekom” bizi necə aldadır?backend

Ailələr "şərikli internet"ə keçir - “Aztelekom” bizi necə aldadır?

“Məlum qərarın olmasına baxmayaraq “Aztelekom” dövlət şirkətinin, sektorun təbii inhisarçısının yerli qovşaqları ödənişləri artıq yeni tariflər üzrə tələb edirlər. Bununla bağlı ciddi narazılıqlar müşahidə olunur”.

KONKRET.az xəbər verir ki, bunu sosial media hesabında paylaşımında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb:

“Qanunvericiliyə görə, Antiinhisar Dövlət Xidmətinin araşdırması əsasında inhisarçının haqsız olması sübuta yetirilərsə, vətəndaşlardan internet xidməti üzrə alınan artıq ödənişlər geri qaytarılmalıdır və tariflər əvvəlki qaydada tətbiq edilməlidir. Odur ki, müqavilə və ödəniş sənədlərini saxlamaq doğru olardı”.

O bildirib ki, “Şərikli internet” ə üstünlük verən ailələr artıb:

“Yerlərdən daxil olan məlumatlar, sosial mediada yazılanlar onu göstərir ki regionlarda internetdən imtina edənlər və “Şərikli internet” ə üstünlük verən ailələr artıb. Əlbəttə, indiki halda ikincisi daha doğru seçim olardı. Burada hansısa qanun pozuntusu yoxdur. Biz də yeni yüksək tariflərlə bağlı problemlə üzləşən regionlardakı vətəndaşlarımıza, yüksək sürətlərə və yüksək ödənişə imkanı olmayanlara internetdən imtinaya deyil, “Şərikli internet”ə üstünlük verməyi tövsiyyə edirik”.

O.Gündüz qeyd edib ki, yeni ödənişlər üzrə xidmət alanlar 100 Mbit/s sürət əldə edə bilmədiklərini açıqlayırlar:

“Bu, öncədən də bəlliydi. “Aztelekom” Delta-dan imtina edib , yeni magistral provayderə çevriləndən sonra belə bir infrastruktura sahib deyildi. Yəni necə deyərlər, “çəkidə aldatmaq” davam edəcək. Odur ki, istifadəçilərin bu faktları rəsmiləşdirərək provayderə, İKTA və Antiinhisara göndərməsi, sosial mediada ictimailəşdirməsi faydalı olardı. İKTA -nın bununla bağlı faydalı bir E-şikayət sistemi də var”.

O vurğulayıb ki, Starlink peyk operatorunun ölkəmizdə fəaliyyətə başlaması istiqamətində RİNN və Azərkosmos-un addımları təqdirəlayiqdir:

“Hədsiz ucqar ərazilərə keyfiyyətli internet üçün bahalı infrastruktur qurmaq əvəzinə, alternativlərə üstünlük vermək məntiqlidir. Sektorun tənzimləyici qurumu olan İKTA hələ də internetin minimal tarif artımına, internet xidməti alanların seçim imkanlarının məhdudlaşdırılmasına və Antiinhisarın qərarına münasibət bildirməyib”.

Aygün Mirakif,

KONKRET.az

  • Xed
    Avqust 22, 2024 - 15:34

    Boz rayonda 10 ildir serikli qonsularnan internet isledirik

  • Haller
    Avqust 22, 2024 - 19:36

    Harda yasadiginizi unutmayin!!!

  • Dahi
    Avqust 23, 2024 - 15:59

    Kefdilərdə hardan alsın bu millət 25 manatı uşağına yedirtsin internete versin.

Haller üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*