Naxçıvanda ağır yol qəzası baş veribbackend

Naxçıvanda ağır yol qəzası baş verib

Naxçıvanda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “Changan” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*