Ailəsi aktyoru polisə verdibackend

Ailəsi aktyoru polisə verdi

Psixoloji problemlər səbəbindən ekrandan uzaqlaşan aktyor Arda Kural polis bölməsinə aparılıb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb aktyorun məkanların birində işçiyə, evdə isə ailə üzvlərinə hücum etməsi olub.

Belə  ki, o, Büyükçekmecedəki əyləncə məkanında orada çalışan işçiləri ilə mübahisə yaşayıb. Nəticədə Kural şirkətin özəl mühafizə xidmətinin əməkdaşı Gökhan Yıldızı yumruqlayıb. Hadisə yerinə müdaxilə edən polis aktyorun ifadəsini almaq üçün onu bölməyə aparıb.

Bununla yanaşı, Kuralın ailəsinin də ondan şikayətçi olduğu ortaya çıxıb. Anası Kuralın onu hədələndiyini, qardaşı isə vurduğunu iddia edib. Dindirilmək üçün polis bölməsinə aparılan aktyorun yalnız qardaşını vurması ittihamı qəbul edilib. Nəticədə onun barəsində evdən 1 aylıq uzaqlaşdırılma qərarı çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*