Moskvada Ümumrusiya Xarici Ticarət Akademiyasının rektoru Sergey Sinelnikov-Murılyev saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O, 1 milyon rubldan çox pul mənimsəməkdə şübhəli bilinir.
Əməliyyatçılar saxlanılan şəxsin evində, bağçasında və iş otağında axtarışlar aparıblar.
Məhkəmə onun barəsində ev dustaqlığı qərarı verib.
Qeyd edək ki, Sergey Sinelnikov-Murılyev 2007-ci ildən rektor işləyirdi.
Xuraman Etibarlı,
KONKRET.az
