“Əlbəttə, Ermənistan vətəndaşlarına 7 gün və kiçik bir yol verilməsi çox təəssüf doğurur. Ancaq unutmaq lazım deyil ki, vaxtilə ermənilər Qarabağ azərbaycanlılarına qısa yol və 7 gün vermək əvəzinə, sinələrinə güllə və boğazlarına bıçaq dirədilər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Beynəlxalq İşlər Şurasının mütəxəssisi, “Kommersant” nəşriyyatının xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov “Rossiya1” telekanalına müsahibəsində deyib.
Mütəxəssis əlavə edib ki, “Ermənistanın rəhbərliyinin işğalın ilk illərində (1990-cı illərdə) azərbaycanlıların etnik təmizlənməsi istiqamətində etdikləri ilə müqayisədə bu gün Azərbaycan hökuməti ermənilərə qarşı çox ədalətli davranır”.
Naumov həmçinin Azərbaycan tərəfinə qaytarılacaq Ağdam, Laçın və Kəlbəcər bölgələrindəki evlərin, dükanların və digər binaların yandırılması faktını erməni vandalizmi adlandırıb.
Surxay Atakişiyev,
Konkret.az
