“Qarabağdakı müharibə artıq hərbi-texniki tərəqqinin son məhsullarından biri olan zərbə dronlarının bu gün döyüşdə nə qədər əhəmiyyətli olduğunu göstərdi”.
KONKRET.az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya hərbi ekspertləri davam edən Qarabağ savaşında Azərbaycanın seçdiyi hücum taktikası və texniki vasitələr dünya dövlətlərini ciddi düşünməyə və özlərinin arsenalına yenidən baxmağa vadar edir. Hərbi ekspert Aleksey Xlopotov qəzetə müsahibəsində bildirib ki, “Güclü tanklar, toplar və hətta raketlər. Bunlar snayper dəqiqliyi ilə sancan “qanadlı yarıqlar” qarşısında acizdirlər. Görünür, zirehli texnikaların döyüş sahəsindəki üstünlüyü sona çatır. Dronlar Dağlıq Qarabağ ətrafında yeni qarşıdurmanın əsas silahına çevrilib. Göy tamamilə pilotsuz təyyarələrin hakimiyyəti altındadır və hətta zirehli texnikalar onun qarşısında tamamilə müdafiəsizdir. Tanklar keçmişdə qalmağa başlayır və ya ən azı dizaynerləri ciddi düşünməyə vadar edir”.
Surxay Atakişiyev,
KONKRET.az
