Alen Gevondyan: “Güc tətbiqi qaçılmazdır”backend

Alen Gevondyan: "Güc tətbiqi qaçılmazdır"

“Ermənistan hakimiyyətinin etiraz hərəkatının iştirakçılarına qarşı güc tətbiq etməsi qaçılmazdır”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Alen Gevondyan deyib.

Onun sözlərinə görə, hakimiyyət anlayıb ki, arxiyepiskop Baqrat Qalstanyanın bu anti-təşviqat kampaniyası iflasa uğrayıb. Gevondyan hesab edir ki, bu səbəbdən baş nazir Nikol Paşinyan təşəbbüsü öz əlinə almaq qərarına gəlib və baş nazirin mətbuat konfransı məhz bu məqsədlə çağırılıb. Paşinyan əmindir ki, bu proseslər onun xeyrinə olacaq. Ekspert hesab edir ki, arxiyepiskopun vahid səyi nəticəsində toplanan izdihamlı iclas da sübut edir ki, bu mitinq nəticəsiz qalacaq.

Politoloqun fikrincə, hakimiyyətin Qalstanyana qarşı ittihamedici dəlilləri yoxdur, əks halda onlardan çoxdan istifadə olunardı və buna görə də hərəkatı yatırmaq üçün hakimiyyətin yalnız bir yolu var – güc tətbiq etmək.

“Hakimiyyət mütləq güc tətbiqinə əl atacaq, çünki Nikol Paşinyan başa düşür ki, istənilən sonrakı hökumət onu cinayət məsuliyyətinə cəlb edəcək. Məhz bu reallıqları dərk etdiyi üçün Paşinyan hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək”, – ekspert “Oragir” verilişinin efirində bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*