Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyanın Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsində əvəzləyəcəyi bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Vaqe Makaryan şəxsi resursu olan MakaryanNewsda məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Baş nazir Nikol Paşinyan Simonyan üçün onun əvvəlki statusuna uyğun vəzifə tapıb. Bu vəzifənin Simonyana yenidən mühafizə, xidməti avtomobillər və geniş səlahiyyətlər verəcəyi iddia olunur.
Makaryan qeyd edib ki, hakimiyyətə yaxın çevrələrdə bu təyinatla bağlı zarafatla danışırlar. Belə ki, Təhlükəsizlik Şurasının katibi vəzifəsini Paşinyanın üçüncü dəfə ailə qurmağa hazırlaşan keçmiş parlament sədrinə “toy hədiyyəsi” adlandırırlar.
Natiq Səlim,
KONKRET.az
