Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan evlənməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, “Joxovurd” qəzetinin məlumatına görə, toy mərasimi sentyabrın 5-nə planlaşdırılıb.
Məlumata əsasən, toy ziyafəti Cərvəjdə yerləşən Palladium Hall restoran kompleksində keçiriləcək. Mərasimə siyasi və hakimiyyət elitasının nümayəndələri, həmçinin Simonyanın yaxınları və dostları dəvət olunub.
Qəzet qarşıdakı toyun əsas siyasi maraq doğuran məqamı kimi baş nazir Nikol Paşinyanın mərasimdə iştirak edib-etməyəcəyini göstərir. Nəşr qeyd edir ki, bu, Simonyanın üçüncü evliliyidir.
Onun nişanlısı Anela Qubryan artıq onun rəsmi həyat yoldaşıdır. Cütlük münasibətlərini təxminən bir ay əvvəl rəsmiləşdirib. Məlumata görə, 26 yaşlı Qubryan Simonyanın dostunun qızıdır.
Natiq Səlim,
KONKRET.az
