Alimlər Arktikanın yenidən dondurulması planı hazırlayırlarbackend

Alimlər Arktikanın yenidən dondurulması planı hazırlayırlar

Qlobal istiləşmə səbəbindən qarla örtülmüş Arktikanı əriməkdən xilas etmək üçün bəzi alimlər elmi təcrübələr çərçivəsində bütün regionun iqlimini dəyişmək planları hazırlayırlar.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşrin hazırladığı yeni qısa videoya görə, bunun üçün bir sıra layihələr tələb olunur. Onlardan bəziləri artıq həyata keçirilir. Belə ki, bölgəyə daha az günəş işığının düşməsi üçün bir sıra panellər quraşdırılıb.

Alimlərin bu təcrübələri ciddi şəkildə müzakirə etməsi faktı o deməkdir ki, kollektiv yumşaldıcı səylər kifayət deyil, çünki keçən il Arktikada qeydə alınan ən isti il ​​olub.

Təqdim olunan video-materialda Hollandiyanın “Arctic Reflections” startapı öz eksperimentinin mahiyyətini nümayiş etdirir: “Qışda buz təbəqəsini qalınlaşdırmaqla Arktika buzunun termal qoruyucu örtüyünü bərpa etmək üçün Şimal Buzlu Okeanında strateji cəhətdən seçilmiş yerlərdən dəniz suyu vurulmalıdır.

“Arctic Reflections” şirkətinin baş direktoru Fonqer İpma deyib: “Hollandiyanın konkisürmə marafonları üçün meydançaların tikintisinə yanaşması bizi ruhlandırdı”.

İdeya ondan ibarətdir ki, sanki insanlar üçün buz meydançaları yaradaılır. Ən yüksək texnologiyalardan istifadə etməklə qlobal karbon qazı emissiyalarını azaldana qədər daha qalın və Arktikanı bir müddət qoruyacaq qoruyucu buz təbəqəsi yaradıla bilər.

Rəmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*