Alimlər pişik mumiyasının içərisində nə olduğunu öyrəndilərbackend

Alimlər pişik mumiyasının içərisində nə olduğunu öyrəndilər

Mumiya 3D texnologiyasından istifadə edilərək, sözün həqiqi mənasında “soyundurulub”.

Renn Təsviri Sənətlər Muzeyində pişik mumiyası

Milli Profilaktik Arxeoloji Tədqiqatlar İnstitutunun (İNRAP) fransız mütəxəssisləri ötən əsrin əvvəllərində aşkar edilmiş və bu müddət ərzində Renn Təsviri Sənətlər Muzeyində (Brittanda) saxlanılan 2500 yaşında olan qədim Misir pişiyinin mumiyasını araşdırıblar. KONKRET.az İNRAP-ın veb saytına istinadən bildirir ki, araşdırma sarğını açmadan və dağltmadan aparılıb. Təcrübə nəticəsində alimlərə məlum olub ki, mumiyanın içərisində bir neçə pişiyin qalıqları toplanıb.

Renn Təsviri Sənətlər Muzeyində pişik mumiyası

Başlanğıc üçün mütəxəssislər bir baytardan alınan rentgen şəkillərini əsas götürərək mumiyanın üçölçülü modelini yaradıblar. Sonra genişlənmiş reallıq texnologiyasından istifadə edərək mumiyanın yalnız bəzi hissələrini vurğulayıb, sonda 3D printerdə çapa veriblər.

Mumiyanın 3D tədqiqi
Mumiyanın 3D printerdə çapı
Mumiyanın yarımşəffaf modeli
Mumiyanın içindəkilər

Tədqiqatçılar şəffaf modelin içərisində kəllə tapmayıblar (bunun yerinə ip yumağı olub), mumiyanın içində onurğa və qabırğa da olmayıb, amma mumiyadan pişiyin beş arxa ayağ və üç quyruğu çıxıb. İNRAP-ın əməkdaşı Feofan Nikolas izah edib ki, “Biz mumiyada bir pişiyin olduğunu gözləyirdik, amma burada bir neçə pişik toplanıb. Ümumiyyətlə, ev heyvanlarının milyonlarla mumiyası günümüzə gəlib çatıb, onların bəziləri əslində boşdur, digərlərində isə yalnız bir sümük, bəzən də bütöv bir skelet var. Renn mumiyası da bir variantdır”.

Bu mumiyanın 3D modeli Təsviri Sənətlər Muzeyində təqdim olunur və ziyarətçilər qədim artefaktın məzmununu xüsusi eynəklərlə görə bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*