Bu ölkədən olan hamı Azərbaycana axın edir – Görün səbəb nədir?backend

Bu ölkədən olan hamı Azərbaycana axın edir - Görün səbəb nədir?

Bu ilin ilk 7 ayında Azərbaycana 1 milyon 342 min turist gəlib. Onların təxminən yarısını Rusiya və Türkiyə vətəndaşları təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, ölkəyə gələn turistlərin 28,3 faizi Rusiya, 20 faizi isə Türkiyə vətəndaşlarıdır.

Gəlmə turizmi üzrə diqqətçəkən məqamlardan biri Türk dövlətlərindən Azərbaycana səfər edənlərin sayıdır. Belə ki, ilin ilk 7 ayında turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşları olub. Başqa sözlə, ölkəyə gələn hər üç turistdən biri Türk dünyasını təmsil edib.

Bu müddətdə Qazaxıstandan 61 min 759, Özbəkistandan isə 42 min 963 turist Azərbaycana səfər edib. Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərindən sonra bu ölkədən gələn turistlərin sayında daha ciddi artım gözlənilir.

Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq Müqaviləsi digər sahələrlə yanaşı, turizm sektorunda əməkdaşlığa da xüsusi töhfə verəcək. Türk dövlətləri arasında strateji tərəfdaşlığın güclənməsi turizm sahəsində əlaqələrin inkişafına da müsbət təsir göstərir.

Rəsmi statistikaya əsasən, körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında isə kəskin azalma qeydə alınıb. Bu regiondan gələnlərin sayı 32,8 faiz azalıb. Vüqar Bayramov hesab edir ki, azalmanın əsas səbəblərindən biri İran münaqişəsinin regiona təsirləridir.

Ən çox artım Avropa İttifaqı ölkələrindən gələn turistlər üzrə qeydə alınıb. Bu regiondan Azərbaycana gələnlərin sayı 8 faiz artıb. MDB ölkələrindən gələn turistlərin sayında isə 1,6 faiz artım olsa da, ciddi dəyişiklik müşahidə edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*